...

Azərbaycanın strateji valyuta ehtiyatları 2010-cu ilin sonlarına 30 milyard dolları ötəcək – Mərkəzi Bankın rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2010 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbirlər İ.Xəlilova, N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin strateji valyuta ehtiyatlarının 2010-cu ilin sonlarına 30 milyard dolları keçəcəyini proqnozlaşdırır ki, bu da təxminən, dövlətin xarici borclarının ümumi həcmindən üç dəfə çoxdur. Bu barədə AMB İdarə Heyətinin sədri Elman Rüstəmov çərçənbə axşamı Milli Məclisin plenar iclasında 2011-ci il büdcə layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu gün ölkənin strateji valyuta ehtiyatları 27 milyon dolları ötüb və bu, ölkənin üçillik idxalını təmin edir", - Rüstəmov bildirib.

Strateji valyuta ehtiyatları Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatlarından, Dövlət Neft Fondunun aktivlərindən və hökumətin depozitlərindən formalaşır.

Bundan əvvəl xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatları üçüncü rübün sonunda ilin əvvəli ilə müqayisədə 895,9 milyon dollar və ya 19 faiz artaraq 6,057 milyard dollar təşkil edib.

Hələ 2008-ci ildə AMB portfelin valyuta kompozisiyasını balanslaşdırıb və bu gün onun sərəncamında olan valyuta ehtiyatlarının 60 faizi dollarda, yerdə qalan 40 faizi isə avro və funt-sterlinqdə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti