...

Azərbaycanda yeni limanın inşası bu il başlayacaq – nəqliyyat nazirinin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2010 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Nəqliyyat Nazirliyi bu il Ələt qəsəbəsində (Bakının yaxınlığında) yeni beynəlxalq dəniz ticarət limanının inşasına başlamağı planlaşdırır. Bu barədə çərşənbə axşamı Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Onun sözlərinə görə, bütün hazırlıq işləri tamamlanıb və limanın ərazisində tikintinin başlaması üçün hər şey hazırdır. İşlər sürətlə aparılacaq.

"Limanda müxtəlif yükləri saxlamaq, göndərmək və istiqamətləndirməyə imkan verən məntiq mərkəzi yerləşdiriləcək. Bu, regionda ən böyük məntiq mərkəzi olacaq", - Pənahov deyib.

Pənahovun sözlərinə görə, bu gün Brüsseldə investisiya konfransında Avropa İttifaqı və investorlar tərəfindən müsbət qiymətləndirilən Azərbaycan layihəsinin təqdimatı keçirilib.

"Limanın tikintisi üç mərhələdə həyata keçiriləcək", - nazir müavini deyib. Birinci mərhələdə limanda 10 milyon ton yük və 40 min böyük konteynerin boşaldılıb-yüklənməsi üçün infrastruktur yaratmaq planlaşdırılır. Gələcəkdə limanın boşaldıb-yükləmə gücünü 20 milyon ton və 1 milyon konteynerə çatdırmaq planlaşdırılır.

Yük axınının təminatı üçün region ölkələri və həmçinin, Çini cəlb etmək planlaşdırılır.

Layihənin birinci mərhələsi - konteynerlər, "ro-ro" tipli və quru mal daşıyan gəmilərin qəbulu üçün iki bərə, üç yük körpüsünün inşasını, ikinci mərhələ - daha üç, üçüncü mərhələ - əlavə olaraq daha iki yük körpüsünün inşasını nəzərdə tutur. Layihə 400 milyon dollar məbləğində qiymətləndirilir.

Bu gün Xəzər dənizində altı beynəlxalq ticarət limanı fəaliyyət göstərir - Bakı (Azərbaycan), Türkmənbaşı (Türkmənistan), Aktau (Qazaxıstan), Həştərxan - (Rusiya), Ənzəli və Neka (İran).

Xəbər lenti

Xəbər lenti