...

"Bank of Baku" "Nümunəvi Müştəri" həvəsləndirici kampaniyasının ikinci uduşunun nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2010 16:16 (UTC +04:00)
Azərbaycan bankı "Bank of Baku" "Nümunəvi Müştəri" həvəsləndirici kampaniyasının ikinci uduşunu keçirib.
"Bank of Baku" "Nümunəvi Müştəri" həvəsləndirici kampaniyasının ikinci uduşunun nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Azərbaycan bankı "Bank of Baku" "Nümunəvi Müştəri" həvəsləndirici kampaniyasının ikinci uduşunu keçirib. Bu barədə bankın çərşənbə günü yaydığı məlumatında deyilir.

Tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduşda "Bank of Baku"da uduş gününədək aktiv istehlak krediti olan müsbət kredit tarixçəsinə malik 52 310 müştərinin xüsusi identifikasiya kodu iştirak edib.

Beynəlxalq Müəllimlər Günü ərəfəsində "Bank of Baku"dan 1000 manat qazanan Bakı şəhərindəki orta məktəblərdən birində çalışan ingilis dili müəlliməsi Günay Əliyeva olub.

Əsas qaliblə yanaşı, bank 200 manat qazanan digər 5 qalib-müştərisini də müəyyən edib.

"Nümunəvi Müştəri" kampaniyası 5 avqust 2010 - 5 avqust 2011-ci il tarixləri arasında keçirilir. Kampaniyanın uduşları hər ayın ilk həftəsinin son iş gününə təsadüf edir. "Nümunəvi Müştəri" kampaniyası müştərilərin kredit üzrə borclarını vaxtında ödəmək motivasiyasını artırmağa yönəlmiş həvəsləndirici bir aksiyadır. Uduş fondunun ümumi məbləği 24 min manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti