...

Azərbaycan Dövlət Sığorta Nəzarəti Xidməti Fransanın AXA şirkətinin ölkənin sığorta bazarına daxil olmasına icazə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2010 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir А.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti Fransanın AXA sığorta şirkətinə Azərbaycanın MBASK sığorta şirkətinin səhmlərini almağa icazə verib. Bu barədə çərşənbə günü Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Mahir Abdullayev deyib.

"AXA şirkətindən Dövlət Xidmətinə MBASK şirkətinin nizamnamə kapitalında nəzarətə malik olmaq haqqında müraciət daxil olub. Biz buna öz razılığımızı vermişik", - Abdullayev deyib.

Fransanın AXA şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) MBASK kapitalında iştirak payını alır ki, burada səhmlərin 30 faizi banka, qalan 70 faizi isə şirkətin əsas səhmdarı Eldar Qəribova məxsusdur. MBASK Azərbaycan sığorta bazarında AYİB-ə daxil olan (2005-ci ildə) yeganə şirkətdir.

Qəribovun sözlərinə görə, əməliyyat oktyabrın 14-də baş tutacaq.

1992-ci ildən Azərbaycan sığorta bazarında fəaliyyət göstərən MBASK 29 növ sığorta xidməti göstərir ki, onlardan dördü icbaridir. Şirkətin nizamnamə kapitalı 5,73 milyon manat təşkil edir.

2010-cu il iyunun 1-nə AXA şirkətinin nizamnamə kapitalı 5,244 milyard avro təşkil edib. 2009-cu ildə şirkətin gəlirləri 90,1 milyard avro, müəyyən edilmiş mənfəəti isə 3,5 milyard avro təşkil edib.

AXA şirkəti həyat, sağlamlıq, əmanət sığortası, beynəlxalq və təkrar sığorta, maliyyə resurslarının idarəsi və s. üzrə xidmətlər göstərir.

Şirkət dünyanın bir çox ölkələrində - MDB ölkələrindən yalnız Ukraynada - fəaliyyət göstərir.

Əsası 1816-cı ildə qoyulmuş şirkətin mənzil-qərargahı Parisdə yerləşir.

AXA-da 216 095 işçi çalışır, bütün dünya üzrə 96 milyon müştərisi var.

"Fortune" jurnalının məlumatlarına görə, AXA dünyanın 500 iri şirkətinin siyahısında doqquzuncu yeri tutur.

Azərbaycanda 27 sığorta şirkəti fəaliyyət göstərir. Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavininin sözlərinə görə, onlardan beşi xarici kapitala malik olan şirkətlərdir.

Oktyabrın 13-nə olan rəsmi məzənnə 0,8018 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti