...

Azərbaycan Neftçala magistral kanalının tikintisi üçün xarici maliyyələşmənin cəlb edilməsi üzrə danışıqlar aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2010 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbirlər M.Əliyev, N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Neftçala magistral kanalının tikintisinin maliyyələşdirilməsinə vəsaitlərin cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə danışıqlar aparır. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Milli Məclisinin plenar iclasında 2011-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

"Hər il dövlət büdcəsindən bu layihənin həyata keçirilməsinə lazımi vəsaitlər ayrılır, eləcə də beynəlxalq maliyyə institutları ilə onun vaxtında başa çatdırılması üçün vəsaitlərin cəlb edilməsi məqsədilə danışıqlar aparılır, belə ki, bu layihə ölkənin cənub regionunun inkişafında mühüm rol oynayır", - Mustafayev qeyd edib.

Onun sözlərinə görə, Neftçala suvarma kanalının və Biləsuvardakı meliorasiya sisteminin inşası layihəsi 2006-cı ildə təqdir edilib və ümumi dəyəri 55 milyon manat təşkil edir.

40 metrlik magistral kanalın inşası layihəsinin həyata keçirilməsi rayon ərazisində 25 min hektarın suvarılmasına şərait yaradacaq.

Oktyabrın 13-nə olan rəsmi məzənnə 0,8018 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti