...

Gürcüstanın Baş naziri Çin və İndoneziyaya səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2010 18:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Baş naziri Nika Qilauri oktyabrın 23-də Çin və İndoneziyaya səfər edəcək. Bu barədə cümə günü Baş nazirin aparatından məlumat verilib.

"Qilauri rəsmi səfəri zamanı iki ölkənin hakimiyyət dairələri ilə görüşlər keçiriəcək", - aparatdan bildiriblər.

Görüşlər zamanı Gürcüstan və bu ölkələr arasında münasibətlərin dərinləşməsi məsələsi müzakirə olunacaq.

Səfər zamanı həmçinin Gürcüstan nümayəndə heyətinin Çin və İndoneziyanın biznes dairələri ilə görüşləri planlaşdırılıb. Gürcüstanın Baş naziri onları öz ölkəsinin investisiya imkanları ilə maraqlandırmağa çalışır.

Çin və İndoneziyada gürcü biznesmenlərin iştirakı ilə biznes forumunun keçirilməsi məsələsi də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti