...

Hindistanın Pəncab ştatı Azərbaycan ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2010 20:52 (UTC +04:00)
Hindistanın Pəncab ştatı Azərbaycan ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır.
Hindistanın Pəncab ştatı Azərbaycan ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir A.Axundov/

Hindistanın Pəncab ştatı Azərbaycan ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır. Bu barədə cümə günü Pəncab ştatının kənd təsərrüfatı naziri Sinqh Lanqah Bakıda rəhbərlik etdiyi nümayəndə heyətinin səfərinin yekunları üzrə bildirib.

"Səfərin məqsədi MDB ölkələri ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsindən ibarətdir. Nümayəndə heyəti Qazaxıstanda olub. Səfər başa çatdıqdan sonra onlar Kiyevə yola düşəcəklər", - Lanqh qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycanda toxum, meyvə və tərəvəzin yetişdirilməsi maraq doğurur.

Tələbat yaranacağı təqdirdə, Pəncab ştatı Azərbaycana düyü, taxıl və mal əti ixrac edə bilər.

Onun sözlərinə görə, Bakıda Pəncab ştatının nümayəndələri Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevlə və iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovla görüşlər keçiriblər. Onlar Azərbaycanın kənd təsərrüfatı şirkətləri, QHT-lərlə də görüşüblər və "Azərsun Holdinq"də olublar.

Nümayəndə heyətinə Pəncab Aqro Sənaye Korporasiyasının sədri Şarancit Sinqh Dhillon, Hindistan Kənd Təsərrüfatı İdarəsinin baş katibi Navrit Sinqh Kanq və Pəncab Aqro Sənaye Korporasiyasının icraçı direktoru Santoş Kumar Sandhu daxildir.

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şounun sözlərinə görə, 2009-cu ildə iki ölkə arasında mal dövriyyəsi 320 milyon dollar təşkil edib.

"2010-cu ildə mal dövriyyəsinin həcmi ötənilki göstəricini ötəcək", - Şou qeyd edib.

Dplomatın sözlərinə görə, iki ölkə arasında mal dövriyyəsinin böyük hissəsi Hindistanın Azərbaycan neftinin alışının payına düşür, eləcə də Hindistan çay və düyüsünün Azərbaycana ixracı artır.

"2009-cu ildə düyü və çayın ixracı üzrə hər birinin payına beş milyon dollar düşüb", - Şou vurğulayıb.

Xəbər lenti

Xəbər lenti