...

Türkmənistanda Beynəlxalq investisiya forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2010 12:19 (UTC +04:00)
2010-cu il oktyabrın 18-19-da Aşqabadda Beynəlxalq investisiya forumu keçiriləcək. Tədbir ölkənin Ticarət-Sənaye Palatası və Böyük Britaniyanın "IC ENERGY Limited" şirkəti tərəfindən təşkil olunub.
Türkmənistanda Beynəlxalq investisiya forumu keçiriləcək

Türkmənistan, Aşqabad, 18 oktyabr /Trend, müxbir H.Həsənov/

2010-cu il oktyabrın 18-19-da Aşqabadda Beynəlxalq investisiya forumu keçiriləcək. Tədbir ölkənin Ticarət-Sənaye Palatası və Böyük Britaniyanın "IC ENERGY Limited" şirkəti tərəfindən təşkil olunub.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun tədbir iştirakçılarına müraciətində bildirilir ki, başlıca məqsəd ölkənin neft-qaz və tekstil, inşaat və tikinti materrialları sənayesinə, turizm sənayesi obyektlərinin, avtomobil yollarının və aeroportların tikintisinə, kənd təsərrüfatı, səhiyyə sahələrinə investisiyaların cəlb edilməsidir.

Forumda iştirak edən dünyanın təqribən 40 ölkəsindən 300-ə yaxın nümayəndə heyəti beynəlxalq və regional təşkilatları, beynəlxalq maliyyə institutlarını, dünyanın iri şirkətlərini təmsil edirlər. Onların arasında BMT, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avrasiya İqtisadi Cəmiyyəti, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı, Deutsche bank və digərlərinin nümayəndələri var. ABŞ, Fransa, Almaniya, Avstriya, Böyük Britaniya, İsveçrə, Rusiya, Qazaxıstan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Hindistan, Malaziya, Çin, Yaponiya, Koreya Respublikası və bir sıra digər ölkələrdən olan çoxsaylı şirkətlər xarici biznesi təmsil edirlər.

Berdiməhəmmədovun sözlərinə görə, Avrasiya materikindəki marşrutların yolayrıcında yerləşən Türkmənistanın əlverişli coğrafi mövqeyi, çoxillik siyasi sabitlik, milli iqtisadiyyatın yüksək inkişaf tempi, güclü maliyyə resurslarının yaradılması - bütün bunlar "ölkənin qanunvericilik bazasında investisiyaların qorunmasına zəmanət verən, xarici iqtisadi fəaliyyətin bütün aspektlərinə uyğun işlənib hazırlanmış investisiya cəlbediciliyinə səbəb olur".

Türkmənistanda qəbul olunmuş və ölkə ərazisində xarici sərmayədarların fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən və Türkmənistana xarici kapitalın cəlb olunmasına və ondan səmərəli istifadəyə istiqamətlənmiş "Xarici investisiyalar haqqında" qanun bu sahədə normativ-hüquqi bazanın yaradılmasını dəqiq müəyyənləşdirib.

Forumda Xəzərin Türkmənistan sektorunda karbohidrogenlərin kəşfiyyatı və işlənməsi sahəsində layihələrin həyata keçirilməsi zamanı tərəfdaşlıq, neft və qaz emalı, kimya sahələrinin, nəqliyyat infrastrukturunun tikintisi məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti