...

Azərbaycan bankı "Amrahbank" filial şəbəkəsində təkrar strukturlaşdırmanı davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2010 13:10 (UTC +04:00)
Azərbaycan bankı "Amrahbank" filial şəbəkəsində özünün təkrar strukturlaşdırma siyasəti çərçivəsində Tovuz filialının ünvanını dəyişib.
Azərbaycan bankı "Amrahbank" filial şəbəkəsində təkrar strukturlaşdırmanı davam etdirir

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Azərbaycan bankı "Amrahbank" filial şəbəkəsində özünün təkrar strukturlaşdırma siyasəti çərçivəsində Tovuz filialının ünvanını dəyişib. Bu barədə bankın məlumatında deyilir.

Məlumatda bildirilir ki, filialın ünvanının dəyişdirilməsi müştərilərə xidmətin keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək. Filialın yeni ünvanı belədir: M.Ə.Sabir küç., 26.

2006-cı ildən fəaliyyət göstərən filial həm fiziki, həm də hüquqi şəxslərə bütün növ bank xidmətləri göstərir. Onların arasında hesab açılması, kreditlərin verilməsi, depozitlərin qəbulu, sürətli pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlər və mobil operatorlarının xidmətlərinin ödənişi, eləcə də investisiya məsləhətləşmələri var.

1993-cü ildə yaradılan "Amrahbank" Azərbaycanın ilk kommersiya banklarından biridir. Bank öz müştərilərinə pərakəndə və korporativ bank xidmətləri və məhsullarının geniş şəbəkəsini təqdim edir. "Amrahbank" ən geniş filial şəbəkələrindən birinə, eləcə də ölkədəki banklar arasında müştəri bazasına malikdir.

Bəhreyndə yerləşən və bankın səhmlərinin 49 faizinə sahib olan "Beynəlxalq İnvestisiya Bankı" ilə strateji tərəfdaşlığın qurulması bankın korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlər kimi sahələri birləşdirən bir çox fəaliyyət sahələri üzrə gələcək inkişafında mühüm rol oynayıb.

Xəbər lenti

Xəbər lenti