...

"Bank Melli İran"ın Bakı filialı yeni növ plastik kartların emissiyasına başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2010 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir N.İsmayılova/

"Bank Melli İran"ın Bakı filialı yeni növ yerli plastik kartların emissiyasına başlayacaq. Bu barədə bazar ertəsi bank filialının direktor müavini Anar İbrahimov deyib.

"Gələn ildən etibarən bank buraxılan plastik kartların növlərini diferensiallaşdırmaq, "Gold" və "Standart" kartların buraxılışına başlamaq niyyətindədir", - İbrahimov bildirib.

Onun sözlərinə görə, bank artıq kredit, debet və əməkhaqqı kartlarını buraxır. Bu günədək 500-ə yaxın yerli kart buraxılıb.

"Hazırda bankın plastik kartlarına tələbat var və onların çeşidini artırmaqla, onların müştərilərimiz üçün istifadəsini sadələşdirə və genişləndirəcəyik", - o qeyd edib.

Plastik kartlar bankın əməkdaşlarına, İranın Azərbaycandakı dövlət və hökumət nümayəndəliklərinin işçilərinə, kommersiya və bütün maraqlı şəxslərə verilib.

"Bank Melli İran" Azərbaycanda bankomat və POS-terminallarının quraşdırılmasına da başlayıb.

"Bank Melli Iran"ın fəaliyyəti İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalar səbəbindən məhduddur. Bununla əlaqədar olaraq bank müştərilərinə "MasterCard" və "Visa" beynəlxalq ödəniş sistemlərini dəstəkləyən plastik kartları təqdim edə bilmir. Bankın məqsədi yerli kartlarla xidmət göstərməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti