...

Azərbaycanın qızıl istehsalçısı AIM-də səhmlərin yeni emissiyasının yerləşdirilməsini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2010 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir N.İsmayılova/

Bazar ertəsi səhmləri AİM-də (Alternative Investments Market) kotirovka edilən "Anglo Asian Mining Plc" şirkəti seçimlərin icrası məqsədilə hər birinin dəyəri 0,0475 funt olan 700 min adi səhmlərin emissiyasını elan edib. Bu barədə "Anglo Asian Mining Plc" şirkətinin məlumatında deyilir. Əlavə olaraq şirkət əməkdaşlara bonus əvəzinə vermək üçün hər birinin dəyəri 0,29 funt olan 80 503 adi səhm buraxıb.

Məlumatda deyildiyinə görə, şirkət artıq 2010-cu il oktyabrın 18-də ümumi məbləği 33 250 funt sterlinq təşkil edən yeni səhm emissiyalarının yerləşdiriləcəyini gözləyir.

"Anglo Asian Mining PLC" şirkəti 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış PSA tipli sazişə əsasən, Azərbaycanın cənub-qərbi - Gədəbəy, Ordubad, Qoşabulaq, Qızılbulaq, Vejnəli və Söyüdlüdə 6 yatağın istismar hüququna malikdir.

Bu günə AIM-də Azərbaycanın yalnız bir şirkəti - ölkədə yeganə qızıl istehsalçısı "Anglo Asian Mining PLC"nin səhmləri yerləşdirilib. Onun səhmlərinin ilkin yerləşdirilməsi 2005-ci il iyulun 29-da, gələcəkdə həcmin daha 20 milyon funt sterlinq genişləndirilməsi ilə, 76 milyon funt sterlinq məbləğində baş tutub.

Alternativ investisiya bazarı (Alternative Investments Market, AIM) 1995-ci ildən etibarən London Fond Birjası yanında yeni, artan şirkətlərin maliyyələşdirilməsindən istifadə etməyin təmini və onlara qiymətli kağızlar və səhmlərin yerləşdirilməsi üzrə dövriyyə vəsaitləri buraxan zaman üstünlüklərin verilməsi məqsədilə fəaliyyət göstərir. İlkin olaraq AIM ingilis şirkətləri üçün yaradılıb, lakin son bir neçə ildə cəlb edilən iştirakçılar spektri xeyli genişlənib. 2005-ci ildən etibarən AIM Avropanın mərkəzi bazarlarından birinə çevrilib.

Xəbər lenti

Xəbər lenti