...

Azərbaycan turistləri qışda Türkiyə, Dubay və Misirə getməyə üstünlük verirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2010 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan turistləri qışda, əsasən, Türkiyə, Dubay və Misirdə istirahət etməyə üstünlük verirlər. Bu barədə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Nahid Bağırov deyib.

"Qışda Azərbaycan turistləri Dubay, Türkiyə və Misir istiqamətlərinə üstünlük verirlər", - Bağırov qeyd edib. - "Yeni il ərəfəsində Misirə çarter reysləri təşkil olunub, eləcə də Avropa ölkələrinə də çarter reyslər, habelə Xurqad və Şarm-əl-Şeyxə mütəmadi reyslər təşkil olunacaq".

Onun sözlərinə görə, qışda daxili turizm bazarı yay dövrü ilə müqayisədə o qədər də fəal deyil.

"Biz hələ ki qış mövsümü üçün qeyri-adi heç nəyi planlaşdırmırıq", - Bağırov qeyd edib.

Onun sözlərinə görə, daxili turizmin inkişafı üçün assosiasiya daha çox turistin gəldiyi ölkə-regionlarda filiallar açmağı planlaşdırır.

Azərbaycan Turizm Şirkətləri Assosiasiyası 2009-cu ilin yanvarında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılıb. İdarə heyəti üzvlərinə "Improtex Travel", "Caspian Travel", "Pasha Travel", "Silkway Travel", "Euroturizm" şirkətlərinin rəhbərləri daxildir. Bu gün 51 turizm şirkəti assosiasiyanın üzvüdür.

Assosiasiyanın əsas fəaliyyət istiqamətləri:

- turizm şirkətlərinin maraqlarının qorunması;

- qanun layihələrinin işlənib-hazırlanması, milli turizm şirkətinin yaradılmasına yardım;

- bazar iştirakçıları üçün təlim və seminarların keçirilməsi üzrə plan hazırlanması;

- Azərbaycan turizminin illik beynəlxalq sərgilərdə potensial reklam və təşviqatı üçün şərtlərin yaradılması;

- daxili turizmin inkişafı və dünya bazarında turizm məhsullarının təqdim olunması.

Fəaliyyət istiqamətlərinə, həmçinin:

- konqres turizminin inkişafı və tətbiqi;

- idarəetmə və xidmət sahəsində peşəkar kadrların hazırlanmasına yardım;

- turizm sahəsində adekvat vergi qoyuluşunun yaradılması və normativ nizamlamalar;

- standartlaşdırma, sertifikatlaşdırma və lisenziyalaşdırmanın inkişafına yardım;

- beynəlxalq turizm şirkətləri ilə əməkdaşlıq;

- rəsmi nəşriyyat orqanının yaradılması;

- hüquqi məsləhətləşmələr sahəsində xidmətlər;

- normativ-hüquqi bazanın inkişafı çərçivəsində turizm şirkətlərinin hüquqlarının qorunması sahəsində əməkdaşlıq

daxildir.

Xəbər lenti

Xəbər lenti