...

DB Azərbaycana, ISCO88/08-ə uyğun olaraq, standartların tətbiq olunmasında kömək edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2010 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankı (DB) ilə birgə sosial müdafiə layihəsi çərçivəsində ISCO88/08-ə (peşənin beynəlxalq standart təsnifatı) uyğun olaraq, peşə və təlim standartlarının hazırlığına başlayıb. Bu barədə çərşənbə axşamı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.

"Almaniyanın "Gopa" konsaltinq şirkəti ilə birlikdə ölkədə Azərbaycanda əmək bazarının inkişafına, əmək potensialının güclənməsinə və işəgötürənlərin peşəkar işçi qüvvəsinə olan tələbatının ödənilməsinə xidmət edəcək layihənin həyata keçirilməsi başlanılıb", - Məmmədov bildirib.

Onun sözlərinə görə, yeni peşə standartlarının tətbiq olunması həm əməkdaşlar, həm işəgötürənlər, həm də iş axtaran insanlar üçün vacibdir.

Layihə rəhbəri Con Kerlinin sözlərinə görə, bi layihənin həyata keçirilməsi yerli sahibkarlarla sıx əməkdaşlığa yönəlib, çünki standartların hazırlanması ölkə iqtisadiyyatının bütün sektorlarında iştirak edən 10-15 şirkətin cəlb edilməsini tələb edir.

"Bu standartların tətbiqi ölkə iqtisadiyyatının həm özəl, həm də dövlət sektoruna öz müsbət təsirini göstərəcək. Bununla yanaşı, standartlar iqtisadiyyatdakı cari vəziyyətə uyğun daim yeniləşəcək", - Kerli qeyd edib.

Layihənin həyata keçirilməsinə 2010-cu ilin iyulunda başlanılıb, onun başa çatdırılması isə 2013-cü ilə təyin edilib. ISCO88/08 uyğun olaraq, məhz təkmilləşdirilmiş peşə standartları üzrə layihə çərçivəsində 200 peşə standartının, 200 qiymətləndirmə standartının və 100 təlim standartının hazırlanması təşkil olunacaq. Layihə çərçivəsində peşə standartları mərkəzinin açılması da nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti