...

Azərbaycan bankı "Bank of Baku"nun balanslı gəliri üçüncü rübdə 77 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2010 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Bank of Baku"nun balanslı gəliri ilin əvvəlindən 77,2 faiz artaraq, oktyabrın 1-nə 10,756 milyon manat təşkil edib. Bu barədə çərşənbə axşamı bankdan deyiblər. Sentyabrın nəticələrinə görə, bankın gəlirləri 36,176 milyon manat təşkil edib.

Bankın aktivləri ilin əvvəlindən 22,2 faiz artaraq, 228,93 milyon manat təşkil edib.

Hesabat dövründə bankın depozit portfeli 25,6 faiz artaraq, 175,166 milyon manat təşkil edib. Onlardan 117,353 milyon manat fiziki şəxslərin girov və əmanətlərinin, 112,121 milyon manat isə təcili depozitlərin payına düşür.

Bankın kredit portfeli 27,4 faiz artaraq, 179,762 milyon manat təşkil edib. Oktyabrın 1-nə olan vəziyyətə görə, bankın kredit portfelində istehlak kreditlərinin payı 125,302 milyon manat, kommersiya kreditlərinin isə 47,361 milyon manat təşkil edib.

Oktyabrın 1-nə olan vəziyyətə görə, bankın məcmu kapitalı 37,482 milyon manatdır. Bankın ödənilən nizamnamə kapitalı 12,852 milyon manata bərabərdir.

Oktyabrın 19-na rəsmi məzənnə 0,8013 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti