...

"Silk Way Technics" və "Lufthansa Consulting" Bakıda hava limanı üçün anqar tikintisinə dair müqavilə bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2010 17:34 (UTC +04:00)
"Silk Way Airlines"ın bölməsi olan "Silk Way Technics" (SWT) Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrə xidmətin göstərilməsi üçün yeni anqar tikmək niyyətindədir. "SWT" bu məqsədlə Almaniyanın "Lufthansa Consulting" şirkəti ilə müqavilə bağlayıb. Bu barədə çərşənbə günü "Lufthansa"nın rəsmi İnternet saytında yerləşdirilən məlumatda deyilir.
"Silk Way Technics" və "Lufthansa Consulting" Bakıda hava limanı üçün anqar tikintisinə dair müqavilə bağlayıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Silk Way Airlines"ın bölməsi olan "Silk Way Technics" (SWT) Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrə xidmətin göstərilməsi üçün yeni anqar tikmək niyyətindədir. "SWT" bu məqsədlə Almaniyanın "Lufthansa Consulting" şirkəti ilə müqavilə bağlayıb. Bu barədə çərşənbə günü "Lufthansa"nın rəsmi İnternet saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, "SWT" anqar tikintisinin layihələndirilməsi prosesinə artıq başlayıb. Şirkət Qərb istehsal olan "Boeing", "Airbus" və "ATR" tipli təyyarələrə texniki xidmət göstərmək niyyətindədir.

Öz növbəsində, "Lufthansa Consulting" yerlərdə obyektin yerləşməsi, çertyoj və sənədləşmə ilə bağlı icmal və təhlil aparacaq. Sifarişçilərlə sıx əməkdaşlıqda layihə komandası tərəfindən tələblərə baxılacaq və mövqenin yerləşdirilməsi və ölçü ilə bağlı tövsiyələr veriləcək. Bundan başqa, konsultantlar lazımi yardımçı avadanlıqları müəyyənləşdirəcəklər. Bütün nəticələr modifikasiya ilə bağlı təkliflər şəklində ətraflı məruzədə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti