...

Türkiyədə magistral yollar və körpülər özəlləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2010 15:45 (UTC +04:00)
Türkiyədə Ali Özəlləşdirmə Şurasının qərarı ilə yolların tikintisi, təmiri və istismarı ilə məşğul olan Avtomobil Yolları Baş İdarəsinin sərəncamındakı avtomobil yolları və körpülər özəlləşdirmə proqramına qoşulmalıdır. Bu barədə çərşənbə günü təşkilatın yaydığı rəsmi məlumatda deyilir.
Türkiyədə magistral yollar və körpülər özəlləşdiriləcək

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Ə.Yusifzadə/

Türkiyədə Ali Özəlləşdirmə Şurasının qərarı ilə yolların tikintisi, təmiri və istismarı ilə məşğul olan Avtomobil Yolları Baş İdarəsinin sərəncamındakı avtomobil yolları və körpülər özəlləşdirmə proqramına qoşulmalıdır. Bu barədə çərşənbə günü təşkilatın yaydığı rəsmi məlumatda deyilir.

Bu qərar, uyğun olaraq, Ədirnə-İstanbul-Ankara, Rozanti-Tars-Mərsin, Tarsus-Adana-Qaziantep, İsgəndərun-Toprakkala avtomagistralları, Qaziantep-Şanlıurfa, İzmir-Çeşmə, İzmir-Aydın birləşdirici yolları, Ankara, İzmir, Fateh Sultan Mehmet dairəvi yolları, eləcə də Bosfor üzərindən körpüləri özəlləşdirmə proqramına daxil edilməlidir.

Mülkiyyət hüququ 25 il müddətinə birpaketli biznes-planın təqdim olunduğu andan təqdim edilməlidir. Biznes-planda xidmət və istismar göstəriciləri, gedişhaqqı, təqdim olunan xidmət sahələri göstərilməlidir.

Məlumatda deyilir ki, özəlləşdirmə prosedurunun başa çatması 2012-ci ilin sonlarına nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti