...

Azərbaycan dünyada auditin təkmilləşdirilməsi prosesindən geri qalmamalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2010 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan dünyada gedən auditin təkmilləşdirilməsi prosesindən geri qalmamalıdır. Bu barədə çərşənbə günü Azərbaycan Auditorlar Palatasının prezidenti Vahid Novruzov deyib.

"Auditin təkmilləşdirilməsi prosesi bütün dünyada gedirsə, o, Azərbaycanda da davam etməlidir", - Novruzov qeyd edib.

Onun sözlərinə görə, noyabrda Avropada müasir auditin səlahiyytlərini genişləndirən yeni sənədin müzakirəsi keçiriləcək.

"Avropa Komissiyası Avropada auditi yeni konseptual əsasda inkişaf etdirmək istəyir. Bununla əlaqədar Avropa Auditor və Mühasiblər Federasiyası (EFAA) "yaşıl sənəd" hazırlayıb və onu bizə EFAA üzvü kimi göndərib. Orada müasir auditdən konseptual fərqlənən fikirlər var. Noyabrda Brüsseldə bu sənədin müzakirəsi aparılacaq. Bu sənəd qəbul ediləcəyi təqdirdə, müasir auditdən fərqlənən yeni anlayışlar meydana çıxacaq", - Novruzov qeyd edib.

Bu sənədə əsasən, məsələn, auditdən təkcə rəy deyil, həm də müəssisənin gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsi tələb olunacaq. "Bu, bir-birindən fərqlənən şeylərdir. Bu sənəd auditin səlahiyyət və məsuliyyətini genişləndirir. Hazırda auditorlar müəssisələrin idarə edilməsinə buraxılmırlar, müasir anlayışda audit yalnız mövcud vəziyyətin qiymətləndirilməsidir", - Novruzov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti