...

Eroziyaya məruz qalmış torpaqlar kənd təsərrüfatı məqsədləri üçün istifadə edilməlidir – Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2010 17:43 (UTC +04:00)
Eroziyaya məruz qalmış torpaqların kənd təsərrüfatı məqsədləri üçün istifadəsi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi üçün prioritetdir.
Eroziyaya məruz qalmış torpaqlar kənd təsərrüfatı məqsədləri üçün istifadə edilməlidir – Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir A.Axundov/

Eroziyaya məruz qalmış torpaqların kənd təsərrüfatı məqsədləri üçün istifadəsi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi üçün prioritetdir. Bu barədə cümə günü jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev deyib.

"Azərbaycan torpaqlarının 41,8 faizi eroziyaya məruz qalıb. Bizim üçün bu torpaqların təmzilənməsi və onların kənd təsərrüfatı məqsədləri üçün istifadəsi mühümdür. Gələcəkdə yatırılacaq investisiyalar torpaqların qorunmasına yönəlməlidir", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, nazirlik üçün daha prioritetli iki sahə - heyvandarlıq və taxılçılıqdır.

"2009-cu ildə taxıl istehsalı üç milyon ton olub. O zaman bu, ölkənin taxıl tələbatını ödəyib. Bu il istehsal həcmi iki milyon ton təşkil edib, bu, iqlimi dəyişikliklərlə bağlıdır. Biz soyuğadavamlı bitki növləri vasitəsilə seleksiya olunmuşlar gətirərək yetişdirmişik. Biz Rusiya Aqrar Bazar Konyukturası İnstitutu ilə birgə elmi-tədqiqat işləri də aparırıq", - Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti