Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir N.İsmayılova/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "AY-MİN" MMC-yə 8 min manat maliyyə sanksiyası tətbiq edilib. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.
Məlumatda deyildiyi kimi, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə, kolbasa məmulatlarının istehsalı ilə məşğul olan "AY-MİN" MMC barəsində cinayət işi qaldırılıb.
Bundan başqa, ticarət şəbəkəsindən geri yığılmış 132 kq saxta kolbasa məmulatının məhv edilməsi barədə "AY-MİN" MMC-yə icrası məcburi göstəriş verilib.