...

Azərbaycanın Zərdab rayonunun prioritet sahələri müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2010 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir N.İsmayılova /

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Zərdab rayonunun müəyyən prioritet sahələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib. Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

2010-cu il oktyabrın 22-də Zərdab rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə etmək məqsədilə danışıqlar aparılıb.

Nəticədə bu istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: intensiv heyvandarlığın (o cümlədən camışçılığın), eləcə də ətlik istiqamətli quşçuluğun və bağçılığın (nar, heyva, xirnik və s.) inkişafı; müasir tələblərə cavab verən kiçik və ya orta həcmli süd emalı və un məmulatları istehsalı müəssisələrinin yaradılması.

"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər. Ünvan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, əlaqə telefonu: (012) 434-74-29, e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti