...

Azərbaycan bankı "Azər-Türk Bank"ın aktivləri ilin əvvəlindən 5 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2010 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir N.İsmayılova/

Üçüncü rübün yekunlarına görə, Azərbaycan bankı "Azər-Türk Bank"ın aktivləri ilin əvvəlindən beş faiz artaraq 49,089 milyon manat təşkil edib. Bu barədə bankın rəsmi saytında məlumat verilib.

Üçüncü rübün yekunlarına görə, bankın gəlirləri 5,95 milyon, xərcləri isə 4,96 milyon manat təşkil edib. Hesabat dövründə bankın xalis gəliri 984,73 min manat olub. Bankın gəlirlərinə nisbətdə xərcləri 83,44 faiz təşkil edib.

Bankın ROA əmsalı 2,64 faiz, ROE əmsalı 10,56 faiz təşkil edib.

Ötən ilin yekunlarına görə, bankın gəlirləri 7,56 milyon, xərcləri 5,727 milyon, xalis gəliri isə 1,835 milyon manat olub.

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti, 1995-ci il mayın 25-də "T.C.Ziraat Bankası A.Ş." və "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı (keçmiş Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) tərəfindən təsis edilib. "Azər-Türk Bank"da iştirak payı birgə bankın nizamnamə kapitalında səhmlərin 46 faizinin məxsus olduğu "Agrar Credit"in özəlləşdirilməsi ilə əlaqədar artırıla bilər. Qalan 4 faiz Azərbaycan bankı "Turan Bank"a məxsusdur.

Bank "MilliKart" Milli Prosesinq Mərkəzinin üzv-həmtəsisçisi və səhmdarıdır.

Oktaybrın 28-nə olan rəsmi məzənnə 0,8008 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti