...

Azərbaycan və Qazaxıstan dəniz daşımaları üzrə saziş imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2010 18:11 (UTC +04:00)

Qazaxıstan, Astana, 4 noyabr /Trend, müxbirlər A.Maratov, E.İsmayılov/

Noyabrın 18-də Bakıda keçiriləcək Xəzəryanı dövlətlərin sammitində Azərbaycan və Qazaxıstan arasında dəniz daşımaları üzrə sazişin imzalanması planlaşdırılır. Bu barədə cümə axşamı Astanada keçirilən Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissisıyanın yeddinci iclasının yekunları ilə bağlı komissiyanın həmsədri olan Qazaxıstanın neft və qaz naziri Sauat Mınbayev deyib.

"Biz dəniz daşımaları üzrə razılıq əldə etmişik. Bu məsələ ilə bağlı saziş layihəsi hazırda Qazaxıstanın Xarici İşlər Nazirliyindədir və biz ümid edirik ki, bu sənəd noyabrın 18-də keçiriləcək Xəzəryanı dövlətlərin sammitində imzalanacaq", - Mınbayev qeyd edib.

Onun sözlərinə görə, hökumətlərarası komissiyanın iclası zamanı həm Azərbaycanda, həm də Qazaxıstanda təhsil üçün tələbə mübadiləsi üzrə kvotalar haqqında razılıq əldə olunub.

"Biz Azərbaycan bankının Aktauda filialının açılması məsələsini də müzakirə etmişik. Lakin buna görə Qazaxıstanın Maliyyə Nəzarəti üzrə Agentliyinin razılığı lazımdır", - nazir qeyd edib.

O həmçinin bildirib ki, iclasın yekunları üzrə Qara dənizdə limanlar arasında Qazaxıstan neftinin həcminin bölüşdürülməsi üzrə məsələ həll edilməmiş qalıb.

"Bildiyiniz kimi, Qara dənizdə Azərbaycana məxsus Kulevi limanı, bizə məxsus Batumi limanı var və biz Qazaxıstan neftinin hansı həcmdə olacağını və aramızda necə bölüşdürüləcəyi məsələsini hələ ki həll etməmişik", - nazir qeyd edib.

Hökumətlərarası komissiyanın iclasının yekunları ilə bağlı protokol imzalanıb.

Xəbər lenti

Xəbər lenti