Gürcüstan, Tbilisi, 11 noyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan xarici işlər nazirinin müavini Tornike Qordadze Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Aİ ilə əlaqələr üzrə meneceri Qaspar Koeinqlə görüşüb. Bu barədə Trend-ə cümə axşamı Gürcüstan XİN-dən bildiriblər.
Görüşdə bankın Gürcüstanla bağlı planları, eləcə də ölkənin iqtisadi və siyasi vəziyyəti, o cümlədən islahatların aparılamsı və nailiyyətlər müzakirə edilib.
Tərəflər Gürcüstanın gələcək inkişafı üzrə perspektiv və prioritetlərinə, o cümlədən Gürcüstanın Aİ-yə inteqrasiyası və ölkənin Aİ-nin assosiativ üzvlüyünə daxil olması ilə bağlı danışıqların gedişinə dair fikir mübadiləsi də aparıblar.
Bankın nümayəndəsi görüşdə AYİB və Avropa İnvestisiya Bankının Qafqaz regionu ölkələri ilə əməkdaşlıq perspektivləri haqqında danışıb.