Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmiryolları üçün ticarət və nəqliyyata yardım layihəsi çərçivəsində QSC-nin aktivlərinin təkrar qiymətləndirilməsi üzrə maraq sorğusu elan edib.
Azərbaycan hökuməti bu layihənin həyata keçirilməsi üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına müraciət edib. Alınmış vəsaitlərin bir hissəsi aktivlərin qiymətləndirilməsi üzrə məsləhət xidmətlərinin göstərilməsinə xərclənəcək.
Maraqlanan şirkət-məsləhətçilər cari ilin 16 dekabrına qədər aşağıdakı ünvana müraciət edə bilərlər:
Bakı, Dilarə Əliyeva küçəsi, 230, AZ1010,
Tel: (+994 12) 499 63 95,
Faks: (+994 12) 499 63 97,
Elektron poçt ünvanı: [email protected]
Layihənin meneceri - Fərrux Heybətov