...

Azərbaycanda həyat sığortasının inkişafı üçün fond bazarının tam təşəkkül tapması vacibdir - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2010 15:14 (UTC +04:00)

Аzərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda sığortaçılar üçün həyat sığortasının cəlbediciliyinin artırılması məqsədilə qiymətli kağızlar bazarı tam formalaşmalıdır. Bu barədə Trend-ə "Başak-İnam Sığorta" Azərbaycan-Türkiyə sığorta şirkətinin baş direktoru Orxan Həsənov bildirib. Bu, şirkətlərə həyat sığortası üzrə toplanan vəsaitlərin uzunmüddətli dövr üçün nəzərdə tutulan müxtəlif maliyyə alətlərində yatırılmasını şaxələndirməyə imkan verəcək.

Həsənovun fikrincə, bu gün sığortaçıların öz vəsaitlərinin böyük hissəsini qoyduqları bank depozitlərindən başqa, həyat sığortası bazarında məhz səmərəli maliyyə alətlərinin olmaması üzündən pulun dəyərinin qiymətləndirilməsi problemi mövcuddur.

"Nə müştəri bazasında, nə də həyat sığortası üzrə yığımlarla bağlı problem yoxdur, lakin pulun dəyərinin qiymətləndirilməsi problemi mövcuddur", - Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda sığorta şirkətləri öz pullarını bankların köməyi ilə qiymətləndirirlər, halbuki bu gün bankların da kreditlərin verilməsi, tədricən azalan faiz dərəcələri ilə bağlı problemləri var.

"Azərbaycanda qiymətli kağızlar bazarı tam formalaşmalıdır, fond birjası xalq üçün açıq olmalıdır, bundan sonra pulun dəyərinin qiymətləndirilməsi ilə bağlı problemlər də həll oluna bilər", - Həsənov deyib.

Bu gün Azərbaycanda həyat sığortası ilə məşğul olmaq hüququna malik 4 şirkət - Paşa Sığorta, Atəşgah Həyat, Standard Insurance və Ata Sığorta fəaliyyət göstərir. Azərbaycanda 27 sığorta şirkəti və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

2011-ci il martın 15-dək ixtisaslaşdırılmış "Atəşgah Həyat" şirkəti istisna olmaqla "Sığorta fəaliyyəti haqqında" qanun qəbul edilənədək həyat sığortası ilə məşğul olmaq hüququna malik və kapital üzrə tələbləri [bu halda nizamnamə kapitalı kapitalla bağlı normativ tələbləri ikiqat üstələməlidir] yerinə yetirən şirkətlər bu istiqamətdə fəaliyyətlərini davam etdirə bilərlər. Bu moratorium üç il müddətinə tətbiq edilib. Qanunda həyat sığortası üzrə ixtisaslaşdırılmış şirkətlərin yaradılması nəzərdə tutulub ki, bu da bazarın inkişafına səbəb ola bilər.

Qərbi Avropa və dünyanın inkişaf etmiş sığorta bazarlarına malik digər ölkələrində həyat sığortası üzrə mükafatların payı sığorta ödənişlərinin ümumi həcminin orta hesabla 55-60 faizini təşkil edir. Azərbaycanda bu göstərici noyabrın birinə 0,86 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti