...

Azərbaycan bankı "Rabitəbank" səhmdarlarına iki beynəlxalq institutun daxil olması üzrə sövdələşməni martda başa çatdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2011 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Rabitəbank" cari ilin sonunadək Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 6 milyon dollar cəlb etməyi planlaşdırır. Bu barədə çərşənbə günü bankın idarə heyətinin sədr müavini Elçin Qədimov deyib.

"Bank bu vəsaitləri kiçik və orta sahibkarlığın inkişafına yönəltməyi planlaşdırır. Ümumilikdə bu kreditin alınması bankın sonradan kreditləşməyə yönəldilə biləcək daha ucuz pullardan istifadəsini təmin edəcək", - o bildirib.

Onun sözlərinə görə, indi AYİB ilə bu kreditin alınması barədə danışıqlar aparılır.

2010-cu ilin sentyabrında "Rabitəbank" Beynəlxalq Maliyyə Korporasiyası və AYİB ilə onların Azərbaycan bankının səhmdarları sırasına daxil olması haqqında investisiya sazişi imzalayıb. Bu maliyyə institutları hər biri 12,5 faiz olmaqla 25 faiz + 1 səhmə bərabər səhmlər paketini alıblar. Sövdələşmənin ümumi məbləği 4 milyon manatdır.

Qədimovun sözlərinə görə, BMK və AYİB-in bankın səhmdarları sırasına daxil olması üzrə sövdələşmə artıq bu ay tamamlanacaq.

"Rabitəbank" 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır. O, Azərbaycanda BMK-nın iştirak payı alacağı dördüncü bank olub.

Bank BMK və AYİB ilə 1999-cu ildən əməkdaşlıq edir. Bankın səhmlər paketi (86,1 faiz) bu vaxtadək bankın idarə heyətinin sədri Zakir Nuriyevə məxsus olub.

Xəbər lenti

Xəbər lenti