...

Yanvarda Azərbaycan banklarının ümumi öhdəlikləri 1,5 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2011 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir N.İsmayılova/

Fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının ümumi aktivləri 13,134 milyard manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlində olan göstəricidən 1,2 faiz azdır. Bu barədə bazar ertəsi Azərbaycan Mərkəzi Bankından verilən məlumatda deyilir.

2010-cu il ərzində investisiya qoyuluşu 2,3 faiz artaraq 895,2 milyon manat, müştərilərə verilən kreditlər isə 8569,41 milyon manat (5,6 faiz azalaraq) təşkil edib. Ölkənin maliyyə sektoruna verilən kredit və depozitlərin həcmi 505,17 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində müxbir hesabda olan vəsaitlər 1226,27 milyon manat təşkil edib. Fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının şəxsi vəsaitləri 9,5 faiz artaraq 534,25 milyon manat təşkil edib.

Fevralın 1-nə Azərbaycan banklarının ümumi öhdəlikləri yanvar ayına nisbətdə 1,5 faiz azalaraq 10 milyard 953 milyon manat təşkil edib. Onun 4938,78 milyon manatı depozitlər, 5187,25 milyon manatı isə kreditlər və depozitlər üzrə maliyyə bazarından alınan məbləğə aiddir.

Martın 7-nə olan rəsmi məzənnə 0,7938 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti