...

"Fitch" Azərbaycan Beynəlxalq Bankının investisiya reytinqini saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2011 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir N.İsmayılova/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi proqnozu "Sabitdən" "Neqativə" dəyişərək, Azərbaycan Beynəlxalq Bankının (ABB) uzunmüddətli defolt emitentini "BBB" səviyyəsində təsdiq edib. Bu barədə çərşənbə günü agentliyin məlumatında deyilir.

Uzunmüddətli defolt emitenti üzrə neqativ proqnoz Azərbaycan hökumətinin bankın yenidən kapitallaşdırılmasını uzun müddət yerinə yetirməməsini və kapitalın prudensial normativlərə uyğun şəklə gətirilməməsinə kömək etməyə hazır olmamasını nəzərə alaraq, böyük qeyri-müəyyənliyi əks etdirir. Proqnoz həmçinin ABB ilə bağlı gələcək strategiya haqqında hökumətdə cari müzakirələri, xüsusilə, onun sonradan özəlləşdirilməsi imkanlarını da nəzərə alır, bu isə dövlətin payının 50 faizdən də çox azalmasına gətirib çıxara bilər.

2010-cu ilin sonunda ABB-nin payına ölkənin bank sektorunun aktivlərinin 40 faizindən çoxu və pərakəndə depozit aktivlərinin 24 faizi düşüb. Lakin 2010-cu ilin sonuna bankın ümumi öhdəliyi ÜDM-in 13 faizini təşkil edib və bankın xarici öhdəlikləri ÜDM-in dörd faizinə və ya ölkənin strateji valyuta ehtiyatlarının həcminin 7 faizinə bərabərdir.

Bu faktorlarda istənilən ABB-nin uzunmüddətli defolt emitentinin azalması ehtimal ki, bir pillə məhdudlaşdırılaraq "BB+" səviyyəsinə endiriləcək.

2010-cu ilin yanvarından ABB-nin kapitalının adekvatlığı Azərbaycan Mərkəzi Bankının normativ tələbindən 12 faiz aşağı, lakin Bazel komitəsinin (2011-ci ilin fevralının sonuna bankda bu göstərici 10,45 faiz təşkil edib) normativindən 8 faiz yuxarı olub. 2010-cu ilin sonuna bankın problemli kreditlər (90 günə qədər gecikdirilmiş kreditlər) 14,4 faiz, onların ödənişi üçün ehtiyatlar - gecikdirilmiş kreditlər portfelinin 55 faizini təşkil edib.

"ABB-nin 2011-ci il aprel-dekabr ödəmə müddəti ilə 580 milyon manat (öhdəliklərin 12 faizi) borcu var və hazırda bankın ödəniş balansında likvidli aktivlərin məhdudlaşdırılmasını nəzərə alaraq, onları yenidən maliyyələşdirmək, ölkənin daxilində əlavə likvidliyi generasiya etmək və ya bu kreditlərin ödənilməsi üçün maliyyə dəstəyini almaq lazım olacaq", - məlumatda deyilir.

"Fitch" hesab edir ki, bank üçün proqnozun yaxşılaşması hakimiyyətin ABB-nin yenidən kapitallaşdırılması ilə bağlı fəaliyyətindən asılıdır; bank üçün özəlləşdirmə planlarının inkişafı; 2010-cu ildə maliyyə hesabatlarının beynəlxalq standartlarında auditi aparılmış, o cümlədən aktivlərin keyfiyyəti barəsində informasiyanın açılması; 2011-ci ildə borclar üzrə planlaşdırılmış ödənişlərin icrası üçün kifayət qədər likvidliyin mövcudluğu.

Hazırda ABB Azərbaycanda dövlət iştirakı ilə tək bank olaraq qalır. Bankda dövlətin payı 50,2 faiz təşkil edir, kapitalın qalan hissəsi şəxsi səhmdarların vasitələrinin hesabına formalaşdırılır.

Xəbər lenti

Xəbər lenti