...

Azərbaycan və Türkmənistan müntəzəm reyslərin açılışı məsələsini razılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2011 18:16 (UTC +04:00)
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası və Türkmənistan "Türkmən hava yolları" Dövlət Xidməti mülki aviasiya sahəsində əməkdaşlıq və müntəzəm uçuşların yerinə yetirilməsi məsələlərini razılaşdırıblar.
Azərbaycan və Türkmənistan müntəzəm reyslərin açılışı məsələsini razılaşdırıb

Azərbaycan, Bakı, 9 mart /Trend/

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası və Türkmənistan "Türkmən hava yolları" Dövlət Xidməti mülki aviasiya sahəsində əməkdaşlıq və müntəzəm uçuşların yerinə yetirilməsi məsələlərini razılaşdırıblar. Trend-in məlumatına görə, bu barədə təşkilatın yaydığı məlumatda deyilir.

Məlumata əsasən, razılıq martın 1-də Aşqabadda iki idarə rəhbərinin görüşündə əldə olunub. Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndə heyətinə onun direktoru Arif Məmmədov, "Türkmən hava yolları" Dövlət Xidmətinə isə Merdan Ayazov rəhbərlik edib.

Görüşün nəticəsi olaraq iki ölkənin aviasiya hakimiyyətləri arasında danışıqlar protokolunun mətni hazırlanıb.

Türkmənistan qanunvericiliyinə uyğun olaraq, həmin protokol yalnız dövlətdaxili prosedurlar həyata keçirildikdən sonra imzalana bilər.

Xəbər lenti

Xəbər lenti