...

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların hüquqlarının pozulması faktlarının qarşısını alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2011 13:58 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin xüsusi komissiyası vətəndaşların hüquqlarının pozulması ilə bağlı bütün faktların qarşısını alır.
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların hüquqlarının pozulması faktlarının qarşısını alır

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin xüsusi komissiyası vətəndaşların hüquqlarının pozulması ilə bağlı bütün faktların qarşısını alır.

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında əhalinin müraciət, ərizə və şikayətlərinə baxmaq üçün işin gücləndirilməsi məqsədilə xüsusi komissiya yaradılıb. Trend-in məlumatına görə, bu barədə komitənin məlumatında deyilir.

"Dövlət komitəsi yanında xüsusi komissiya vəzifə funksiyaları və borclarının yerinə yetirilməsində şəffaflığın təmini, daxil olan şikayətlərə baxılmanın operativliyinin artırılması, daşınmaz əmlakın qeydiyyatı sahəsində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması, eləcə də vətəndaşların hüquqlarının qorunması üzrə tədbirlər çərçivəsində yaradılıb", - məlumatda deyilir.

Xüsusi komissiya "Azərbaycan vətəndaşlarının müraciətlərinə baxılması qaydaları haqqında" qanun çərçivəsində dövlət komitəsinə vətəndaşların hüquqlarının pozulması, vəzifəli şəxslərin öz vəzifə səlahiyyətlərinin aşması, eləcə də bürokratiya faktları ilə bağlı müraciətlərinin qəbulu, ilkin təhlili, sistemləşdirilməsi və müəyyən qərarların qəbul edilməsi üzrə işə başlayıb.

"Yerlərdə pozuntu faktlarının araşdırılması məqsədilə dövlət komitəsi yanında komitənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət xüsusi işçi qrupu yaradılıb", - məlumatda qeyd edilib. Komissiya və işçi qrupu vətəndaşların hüquqlarının pozulması, vəzifəli şəxslərin səlahiyyətlərini aşması, eləcə də bürokratiya faktlarının qarşısını alır. Komissiya pozuntu hallarına yol verən işçilərə qarşı müvafiq tədbirlər görür.

Xəbər lenti

Xəbər lenti