...

Azərbaycanda vaxt etalonunun quraşdırılmasına başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2011 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi vaxt etalonunu quraşdırmağa başlayıb. Bu barədə bazar ertəsi Trend-ə dövlət komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

"Vaxt etalonu İngiltərənin "Mikron" şirkətindən alınıb, etalon istehsalçısı isə ABŞ-ın "Fluke" şirkətidir", - Talıblı bildirib.

Onun sözlərinə görə, hazırda "Mikron" şirkətinin mütəxəssisləri Novruz bayramından sonra istismara veriləcək yeni etalonu quraşdırırlar.

"Vaxt etalonunun tətbiqində əsas məqsəd bütün ölkə ərazisində vaxt etalonunun sinxronlaşdırılması, habelə vaxtla bağlı iqtisadi itkilərin qarşısının alınmasıdır", - Talıblı vurğulayıb.

Dövlət komitəsinin nümayəndəsinin sözlərinə görə, yeni etalon saniyədən sonra gələn vaxt ölçüsünün daha 14 vahidini müəyyənləşdirməyə imakn verir. Bu, vaxtın maksimal surətdə dəqiqliklə müəyyənləşdirilməsi deməkdir. Qurğunun quraşdırılması başa çatdıqdan sonra etalon barədə məlumat ölkənin aidiyyəti qurumlarına ötürüləcək.

Vaxt etalonu strateji əhəmiyyət daşıyır, odur ki, onun əldə olunması tamamilə ölkənin dövlət büdcəsinin hesabına maliyyələşdirilib.

Xəbər lenti

Xəbər lenti