...

"Azərbaycan Hava Yolları" QSC Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2011 14:07 (UTC +04:00)
Martın 28-dək "Azərbaycan Hava Yolları " QSC Bakı-Naxçıvan-Bakı marşrutu istiqamətində gündə dörd reys həyata keçirəcək.
"Azərbaycan Hava Yolları" QSC Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını artırıb

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.İsmayılov/

Martın 28-dək "Azərbaycan Hava Yolları " QSC Bakı-Naxçıvan-Bakı marşrutu istiqamətində gündə dörd reys həyata keçirəcək. Bundan əvvəl həmin istiqamətdə iki reys mövcud idi. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QSC-nin mətbuat xidmətini rəhbəri Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, əlavə iki reys Azərbaycanda martın 20-dən 28-dək Novruz bayramının qeyd olunması ilə əlaqədar həyata keçirilir. Hazırda şirkət bu marşrut üzrə gündə 670 nəfərə yaxın sərnişin daşıyır.

"Hazırda bu istiqamət üzrə gündə dörd dəfə uçuş həyata keçirilir. Bu rejim bayramın sonunadək, yəni martın 28-dək davam edəcək", - Səfərli deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə təyyarələr Bakıdan əvvəl olduğu kimi, yalnız saat 09:00 və 19:00-da deyil, saat 09:00, 14:00, 19:00 və 23.55-də uçur. Reyslər "Airbus-320" markalı təyyarələr vasitəsilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti