...

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün tender elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2011 16:15 (UTC +04:00)
"Azərsu" SC dövlət şirkəti Bakının kanalizasiya sisteminin su təchizatı, tikintisi və yenidən qurulması üzrə işlərin, eləcə də tikini-montaj işlərinin aparılması üçün açıq tender elan edib.
Azərbaycanda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün tender elan edilib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Ü.İsmayılova/

"Azərsu" SC dövlət şirkəti Bakının kanalizasiya sisteminin su təchizatı, tikintisi və yenidən qurulması üzrə işlərin, eləcə də tikini-montaj işlərinin aparılması üçün açıq tender elan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü tender komissiyasının rəsmi mətbuatda yerləşdirilən məlumatında deyilir.

Tender dörd lotda keçiriləcək. Onun birincisi Bakının Lökbatan qəsəbəsindən başlayan su kəmərinin yenidən qurulmasını, ikinci lot Xaçmaz rayonunun Nabran qəsəbəsində kanalizasiya sisteminin yenidən qurulmasını, eləcə də təmizləyici qurğuların layihələşdirilməsini, üçüncü lot Biləsuvar rayonunun altı qəsəbəsində içməli su sisteminin layihələşdirilməsi və yenidən qurulmasını, dördüncü lot isə sərhədyanı rayonlarda su təchizatı sisteminin layihələşdirilməsi və yenidən qurulmasını nəzərdə tutur.

Hər bir lotda iştirakın qiyməti 300 manatdır.

Qalib seçilən zaman aşağıdakı kriteriyalar nəzərə alınacaq:

Aşağı qiymət, yüksək keyfiyyət, analoji işlərdə təcrübə, texniki imkanlar və kadr potensialı.

Tender proseduru 10 may 2011-ci il tarixdə "Azərsu" SC-nin inzibati binasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti