...

Bakıda sahibkarlara dövlət dəstəyi çərçivəsində ilk kredit yarmarkası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2011 14:45 (UTC +04:00)
Cümə günü Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) keçirdiyi ilk kredit yarmarkasında 24 sahibkara 2,2 milyon manta kredit verilib.
Bakıda sahibkarlara dövlət dəstəyi çərçivəsində ilk kredit yarmarkası keçirilib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir N.İsmayılova/

Cümə günü Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) keçirdiyi ilk kredit yarmarkasında 24 sahibkara 2,2 milyon manta kredit verilib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə tədbirin gedişində fondun icraçı direktoru Şirzad Abdullayev bildirib. Verilən kreditlər hesabına həyata keçiriləcək layihələrin reallaşdırılması təxminən 190 yeni iş yerinin açılmasına kömək edəcək.

"Tədbir Bakının kəndlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara dövlət dəstəyi çərçivəsində keçirilir", - Abdullayev bildirib.

Yarmarkada 200-ə yaxın sahibkar iştirak edib.

Abdullayevin sözlərinə görə, milli fond tərəfindən Bakı kəndlərinin güzəştli şərtlərlə maliyyələşdirilməsi üçün prioritet istiqamətlər zeytunçuluğun intensiv inkişafı, zeytun emalı və qablaşdırılması müəssisələrinin, çörək istehsal edən kiçik və orta müəssislərin, quşçuluq təsəsrrüfatlarının yaradılması və ya müasir texnologiyalar tətbiq etməklə onların yenidən qurulması, istilikxana komplekslərinin təşkili, eləcə də kiçik sahibkarlığın dəstəklənməsidir.

SKMF 2011-ci ildə 125 milyon manat həcmində güzəştli kreditlərin verilməsini maliyyələşdirir.

Əvvəllər verilən kreditlərin qaytarılması hesabına ümumi məbləği 91 milyon manat kreditin maliyyələşdirilməsi, dövlət büdcəsinin vəsaiti hesabına isə 34 milyon manatlıq kredin verilməsi planlaşdırılır.

Martın 18-nə rəsmi məzənnə 0,7932 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti