...

Azərbaycan Sənaye Bankı səhmlərinin yeni emissiyasının yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2011 19:30 (UTC +04:00)
Martın 29-dan etibarən "Azərbaycan Sənaye Bankı" ASC-nin ümumi məbləği 1,886 milyon dollar olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılır.
Azərbaycan Sənaye Bankı səhmlərinin yeni emissiyasının yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 28 mart /Trend/

Martın 29-dan etibarən "Azərbaycan Sənaye Bankı" ASC-nin ümumi məbləği 1,886 milyon dollar olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılır. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının (BFB) bazar ertəsi yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində qiymətli kağızların sayı hər birinin nominal dəyəri 0,2 manat olmaqla 9 430 ədəd təşkil edir. Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "Technika Capital Management" MMC çıxış edir.

"Azərbaycan Sənaye Bankı" ASC BFB-yə adi, adlı, sənədsiz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib.

ASB Bank öz fəaliyyətinə 1996-cı ildə CI Bank kimi başlayıb, 2006-cı ilin sonunda öz brendini dəyişib. 2010-cu ilin yekunları üzrə bankın məcmu kapitalı 4,8 faiz artraq 25,908 milyon manat təşkil edib. Bununla yanaşı, bankın nizamnamə kapitalı 11 faiz artımla 22,114 milyon manat olub.

Martın 28-nə olan rəsmi məzənnə 0,7932 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti