...

Koreya yardımların dəstəklənməsi üzrə məlumat bazasının yaradılmasında Azərbaycana kömək göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2011 14:46 (UTC +04:00)
Bazar ertəsi Bakıda Azərbaycanın İqtisadi İnkişaf Nazirliynin və "Korea Expert Consulting Group"un (KECG) təşkilatçılığı, eləcə də Koreyanın Maliyyə və Strategiya Nazirliyinin və Koreya Tədqiqatların Aparılması üzrə İnkişaf İnstitutunun dəstəyi ilə "Yardımların dəstəklənməsi üzrə məlumat bazasının yaradılması və istifadəsi" və "sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda seminar keçirilib.
Koreya yardımların dəstəklənməsi üzrə məlumat bazasının yaradılmasında Azərbaycana kömək göstərəcək

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir N.İsmayılova/

Bazar ertəsi Bakıda Azərbaycanın İqtisadi İnkişaf Nazirliynin və "Korea Expert Consulting Group"un (KECG) təşkilatçılığı, eləcə də Koreyanın Maliyyə və Strategiya Nazirliyinin və Koreya Tədqiqatların Aparılması üzrə İnkişaf İnstitutunun dəstəyi ilə "Yardımların dəstəklənməsi üzrə məlumat bazasının yaradılması və istifadəsi" və "sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda seminar keçirilib.

Bu sahədə tədqiqatlar 2010-cu ilin sentyabrında başlayıb və KECG tərəfindən Koreyanın Maliyyə və Strategiya Nazirliyinin və Koreya Tədqiqatların Aparılması üzrə İnkişaf İnstitutunun dəstəyi, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin sifarişi ilə həyata keçirilir.

"Ölkələr arasında əməkdaşlığın inkişafı üzrə kifayət qədər perspektivlər var. Cənubi Koreya inkişaf etməkdə olan ölkə kateqoriyasından inkişaf etmiş ölkə kateqoriyasına keçə bilib və Azərbaycan bizim təcrübəmizdən istifadə edə bilər. Görürük ki, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi bu əməkdaşlığa maraq göstərir", - KECG nümayəndəliyinin direktoru Kyunq Sun Sonq bildirib.

"Bu seminar elektron bazanın qurulması üzrə ilkin modellərin yaradılması, sahibkarlıq sahəsində cari vəziyyətlə, eləcə də xüsusi iqtisadi zonalar, sənaye şəhərcikləri və sənaye parkları kimi yeni təşkilati-iqtisadi modellərlə tanışlığa yönəlib. Koreya tərəfinin təklifinə görə, Azərbaycanda kreditlər və donorlar haqqında bütün məlumatlar yeganə məlumat bazasına köçürüləcək. Bu, vəsaitlərdən istifadə zamanı bütün boşluq və nöqsanların aşkara çıxarılmasına, təhlillərin aparılmasına və bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə imkan verəcək", - nazirliyin Yardımların və xarici investisiyaların əlaqələndirilməsi şöbəsinin rəhbəri Sahil Babayev bildirib.

Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, Azərbaycan üçün əsas prioritet istiqamətlərdən biri beynəlxalq əməkdaşlığın inkişafıdır. Bu gün Azərbaycan təxminən 140 ölkə ilə əməkdaşlıq edir. Bununla əlaqədar Koreya ilə bilik və təcrübə mübadiləsi ölkə üçün önəmlidir.

Cənubi Koreyanın Azərbaycandakı səfiri Li Çi Hanın sözlərinə görə, ölkədə səfirliyin açıldığı andan Koreya Azərbaycanın sosial-iqtisadi inkişafına 8,25 milyon dollar həcmində sərmayə yatırıb. TİƏ üzrə qrantlar və təlimlər 10,9 milyon dollar, kreditlər isə 65,5 milyon dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti