...

Azərbaycan Sığortaçılar Assosiasiyasının strukturunda ciddi dəyişikliklər gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2011 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Axundov/

Bu ilin sonu - gələn ilin əvvəllərində Azərbaycan Sığortaçılar Assosiasiyasının strukturunda ciddi dəyişikliklər ediləcəyi gözlənilir. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Azər Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu yaxınlarda Assosiasiya yanında işçi komitələrin tərkibi və rəhbərləri təsdiqlənib.

"Eləcə də həyat sığortası və maliyyə məsələləri üzrə komitələr də təsis edilib. Onların tərkibi formalaşdırılır və düşünürəm ki, yaxın gələcəkdə onların barəsində məlumat verəcəyik", - Əliyev bildirib.

Onun sözlərinə görə, ASA yayda özünün yeni nizamnaməsi üzərində işə başlayacaq.

Azərbaycanda 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. Şirkətlərin hamısı ASA-nın üzvləridir. Azərbaycan Sığortaçılar Assosiasiyası 2006-cı ilin dekabrında təsis olunub.

Xəbər lenti

Xəbər lenti