...

Azərbaycanda tikinti sahəsində bir sıra dövlətlərarası standartların tətbiqi təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2011 16:34 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təqdim etdiyi 9 dövlətlərarası standartın tətbiqini təsdiqləyib.
Azərbaycanda tikinti sahəsində bir sıra dövlətlərarası standartların tətbiqi təsdiq edilib

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təqdim etdiyi 9 dövlətlərarası standartın tətbiqini təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Standartlar 20 aprel 2011-ci il tarixindən etibarən tətbiq ediləcək.

Bunlar ГОСТ 11118-2009 "Панели из автоклавных ячеистых бетонов для наружных стен зданий. Технические условия" (Dövlətlərarası standart "Binaların xarici divarları üçün avtoklav çoxməsaməli betonlardan panellər. Texniki şərtlər"), ГОСТ 31416-2009 "Трубы и муфты хризотилцементные. Технические условия" (Dövlətlərarası standart "Xrizotilsement boru və muftalar. Texniki şərtlər"), ГОСТ 10832-2009 "Песок и щебень перлитовые вспученные. Технические условия" (Dövlətlərarası standart "Köpürdülmüş perlit qırmadaş və qum. Texniki şərtlər"), ГОСТ 24211-2008 "Добавки для бетонов и строительных растворов. Общие технические условия" (Dövlətlərarası standart "İnşaat məhlulları və betonlar üçün əlavələr. Ümumi texniki şərtlər"), ГОСТ 25607-2009 "Смеси щебеночно-гравийно-песчаные для покрытий и оснований, автомобильных дорог и аэродромов. Технические условия" (Dövlətlərarası standart "Avtomobil yolları və aerodromların örtükləri və bünövrələri üçün qırmadaş-çınqıl-qum qarışıqları. Texniki şərtlər"), ГОСТ 30459-2008 "Добавки для бетонов и строительных растворов. Определение и оценка эффективности" (Dövlətlərarası standart "İnşaat məhlulları və betonlar üçün əlavələr. Səmərəliliyinin müəyyən edilməsi və qiymətləndirilməsi"), ГОСТ 31167-2009 "Здания и сооружения. Методы определения воздухопроницаемости ограждающих конструкций в натурных условиях" (Dövlətlərarası standart "Bina və qurğular. Təbii şəraitdə mühafizə konstruksiyaların havakeçirmə qabiliyyətinin təyin edilməsi üsulları"), ГОСТ 31251-2008 "Стены наружные с внешней стороны. Методы испытаний на пожарную безопасность" (Dövlətlərarası standart "Bayır tərəfdən xarici divarlar. Yanğın təhlükəsi üzrə sınaq metodları"), ГОСТ 9128-2009 "Смеси асфальтобетонные дорожные, аэродромные и асфальтобетон. Технические условия" (Dövlətlərarası standart "Yol, aerodrom asfaltbeton qarışıqları və asfaltbeton. Texniki şərtlər") standartlarıdır.

Xəbər lenti

Xəbər lenti