...

Bakı Metropoliteni "Məşədi Əzizbəyov" stansiyasından müvəqqəti yerüstü çıxış açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2011 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.İsmayılov/

Ay ərzində Bakı Metropliteni "Məşədi Əzizbəyov" stansiyasından əlavə yerüstü çıxış açacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı Metropolitenindəki mənbə deyib.

Onun sözlərinə görə, yenidənqurma işlərinin aparılması ilə əlaqədar satansiyanın ikinci çıxışı bağlıdır. İndi sərnişinlər stansiyadan çıxan zaman yalnız əsas çıxışdan istifadə edirlər.

"Lakin ay ərzində əlavə yeraltı çıxış açılacaq ki, sərnişinlər üçün bu narahatlıq aradan qalxsın", - mənbə qeyd edib.

Mənbənin sözlərinə görə, "Məşədi Əzizbəyov" stansiyasının yenidən qurulması üzrə işləri cari ilin sonunadək başa çatdırmaq planlaşdırılır.

Metronun "Məşədi Əzizbəyov" stansiyası 1972-ci ilin noyabrında açılıb.

Stansiyaya giriş hündürlüyü 26 metr olan şüşə piramida şəklində olacaq. Yenidənqurmaya dövlət büdcəsindən 6 milyon manat ayrılıb.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 22 stansiyası var.

Xəbər lenti

Xəbər lenti