...

Azərbaycanın menecerlər qrupu Almaniyaya ixtisaslarını artırmağa gedəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2011 20:23 (UTC +04:00)
İyunun 14-də Azərbaycanın menecerlər qrupu "İqtisadi kooperasiya
Azərbaycanın menecerlər qrupu Almaniyaya ixtisaslarını artırmağa gedəcəklər

Azərbaycan, Bakı, 5 aprel /Trend/

İyunun 14-də Azərbaycanın menecerlər qrupu "İqtisadi kooperasiya" ixtisasartırma kurslarında iştirak etmək üçün Almaniyaya gedəcək. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli proqramı" çərçivəsində müsabiqə elan edib. Bununla əlaqədar mərkəzə 59 sənəd təqdim edilmişdi.

Martın 9-10-da Bakı Biznes Tədris Mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən namizədlərin seçimi aparılıb və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən namizədlərdən 33-ü müsabiqədən keçirilib.

Aprelin 2-3-də müsabiqədən keçmiş namizədlər üçün Almaniyanın Baden Vürttenberq Tədris Mərkəzinin nümayəndəsi Kristina Pfankuxen və GIZ təşkilatının eksperti Vladislav Belov tərəfindən Bakı Biznes Tədris Mərkəzində ilkin hazırlıq treninqi keçirilib. Tədbirdə iştirakçılara təqdimatların hazırlanması və təqdim olunması qaydaları, Almaniya şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması barədə ətraflı məlumat verilib.

Xəbər lenti

Xəbər lenti