...

"NBC Bank" internet-bankinq xidmətini genişləndirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2011 10:54 (UTC +04:00)
Azərbaycanın bank sektorunda öz yerini tutan "NBC Bank" yeni xidmət növünü daha da təkmilləşdirib.
"NBC Bank" internet-bankinq xidmətini genişləndirdi

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Azərbaycanın bank sektorunda öz yerini tutan "NBC Bank" yeni xidmət növünü daha da təkmilləşdirib.

"NBC Bank" ASC müştərilərinin rahatlığı və vaxt itkisini nəzərə alaraq internet-bankinq xidməti ilə evdən və ya ofisdən günün 24 saatı internet vasitəsilə əməliyyatları aparmaq imkanını verir.

İnternet-bankinq xidmətindən faydalanmaqla müştərilər banka getmədən, yalnız internetə daxil olmaqla öz hesabları üzrə qalıqları yoxlaya, istənilən müddət üzrə hesaba dair çıxarışlar əldə edə, kommunal xərcləri, beynəlxalq və yerli rabitə borclarını, mobil telefondan istifadəyə görə ("Azercell", "Bakcell", "NarMobile") abunə haqlarını ödəyə, bir hesabdan digər hesaba pul köçürə bilərlər.

İnternet-bankinq xidmətindən istifadə üçün müştərilər "NBC Bank"ın filiallarına ərizə ilə müraciət etməlidirlər. Müvafiq sənədlər imzalandıqdan sonra müştəriyə onun internet-bankinq sisteminə qoşulmasını təmin edən login və parol veriləcək. Hesabını onlayn idarə etmək istəyən hər bir kəs üçün bu xidmət əvəzedilməz olacaq.

"NBC Bank" ASC 17 dekabr 1992-ci ildən fəaliyyət göstərir. Bankın Baş ofisindən əlavə xidmət şəbəkəsi Bakıda fəaliyyət göstərən 1 saylı, Sahil, Səbail, Yasamal, Gənclik və regionlarda fəaliyyət göstərən Sumqayıt və Gəncə filialları olmaqla 7 filial, həmçinin 1 və 2 saylı şöbələr olmaqla 2 valyutadəyişmə şöbəsindən ibarətdir. "NBC Bank" ASC-nin Bakı şəhərində 5, Sumqayıt şəhərində isə 1 bankomatı, 8-i filiallarda, qalanları isə digər ünvanlarda fəaliyyət göstərməklə 46 POS-terminalı var.

Xəbər lenti

Xəbər lenti