...

"AtaHoldinq" ASC-yə yeni İdarə Heyətinin sədri təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2011 12:01 (UTC +04:00)
Azərbaycanın nüfuzlu maliyyə-sənaye qruplarından biri olan "AtaHoldinq" ASC-yə yeni İdarə Heyətinin sədri təyin olunub. 04 aprel 2011-ci il tarixindən etibarən "AtaHoldinq" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini Fərid Fuad oğlu Əsədov icra edir. Qeyd edək ki, 07 noyabr 2006-cı il tarixindən 04 aprel 2011-ci il tarixinə qədər "AtaHoldinq" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Qafar Mahir oğlu Qurbanov AtaHoldinq ASC-nin Müşahidə Şurasına üzv seçilmişdir.
"AtaHoldinq" ASC-yə yeni İdarə Heyətinin sədri  təyin olunub

Azərbaycanın nüfuzlu maliyyə-sənaye qruplarından biri olan "AtaHoldinq" ASC-yə yeni İdarə Heyətinin sədri təyin olunub. 04 aprel 2011-ci il tarixindən etibarən "AtaHoldinq" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini Fərid Fuad oğlu Əsədov icra edir. Qeyd edək ki, 07 noyabr 2006-cı il tarixindən 04 aprel 2011-ci il tarixinə qədər "AtaHoldinq" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Qafar Mahir oğlu Qurbanov AtaHoldinq ASC-nin Müşahidə Şurasına üzv seçilmişdir.

Fərid Əsədov 07 iyul 1974-cü il tarixində Gəncə şəhərində anadan olub. O, 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olub və 1996-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə isə Rusiya Federasiyası Höküməti Yanında Xalq Təsərrüfatı Akademiyasında Biznes və İşgüzar İnzibatçılıq fakültəsində təhsilini davam etdirmiş və 2009-cu ildə "Sahibkarlıq və İdarəetmə" ixtisası üzrə ali MBA dərəcəsini almışdır. Fərid Əsədov 2000-ci ilin mart ayından 2001-ci ilin iyun ayına qədər İngiltərə-Azərbaycan sığorta şirkətində sığorta müqavilələrinin bağlanması üzrə baş direktorun müavini, 2002-ci ilin avqust ayından 2004-cü ilin mart ayına qədər Beynəlxalq Sığorta Şirkətində İşgüzar Əlaqələr və Marketinq şöbəsinin müdiri, 2004-cü ilin aprel ayından isə Satış və Marketinq departamentinin direktoru vəzifələrində çalışıb. Fərid Əsədov 15 oktyabr 2005-ci il tarixindən "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmiş və 02 aprel 2007-ci il tarixindən Müşahidə Şurasının qərarı ilə "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

01 iyun 2009-cu il tarixində " AtaSığorta" Açıq Səhmdar Cəmiyyətində sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq korporativ idarəetmənin qurulması həyata keçirilmişdir. Qəbul edilmiş qərarlara müvafiq olaraq Cəmiyyətin Direktorlar Şurası yaradılmış və Fərid Əsədov 2009-cu ildən bugünkü tarixə qədər Direktorlar Şurasının sədri seçilmişdir. Evlidir, 3 övladı var.

Xəbər lenti

Xəbər lenti