...

Azərbaycan Dövlət Neft Fondu 2013-cü ilin II yarısından tez olmayaraq yeni inzibati binaya köçəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2011 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binası 2013-cü ilin ortalarına qədər tikiləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı fondun icraçı direktoru Şahmar Mövsümov qurumun ilin birinci rübündə fəaliyyətinin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

"Layihənin baş podratçısı hələ ki seçilməyib, indi hazırlıq işləri gedir", - Mövsümov bildirib.

Neft Fondunun yeni inzibati binasının təməlqoyma mərasimi Azərbaycn Prezidenti İlham Əliyevin iştirakı ilə 2009-cu ilin dekabrında olub.

ARDNF-in yeni inzibati binası 23 mərtəbəli və 117 metr hündürlüyündə olacaq.

Layihəni Fransanın "Inter Art Etudes" şirkəti hazırlayıb, mələhətçi isə ABŞ-ın AECOM şirkətidir.

ARDNF 1999-cu ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti