...

Azərbaycanın sığorta şirkətinin yığımlarının təxminən 80 faizi könüllü növlərin payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2011 20:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın sığorta şirkəti "Standard Insurance"ın 2011-ci ilin birinci rübündə həyata keçirilən yığımlarının 78,58 faizi sığortanın könüllü növlərinin payına düşür. Bu barədə Trend-ə bazar ertəsi şirkətin idarə heyətinin sədri Aydın Rəhmanov deyib.

Onun sözlərinə görə, 3 ay ərzində şirkət sığortanın könüllü növləri üzrə 1,892 milyon manat yığıb və 511,145 min manat ödəyib. Şirkətin yığımlarının ümumi həcmi 516,856 min manat ödənişlə 2,408 milyon manat olub.

Şirkət həyat sığortası üzrə 51,04 min manat yığıb, bu dövr ərzində ödəniş edilməyib.

Bu müddət ərzində həyat sığortasından başqa, digər sığorta üzrə haqların ümumi həcmi 511,145 min manat ödənişlə (98,9 faiz) 1,841 milyon manat (sığorta haqlarının ümumi həcminin 76,46 faizi) təşkil edib.

Fərdi sığorta üzrə sığorta haqları 223,827 min manat ödənişlə 491,419 min manat olub. Bədbəxt hadisələrdən və xəstəliklərdən sığorta üzrə haqlar 2 min manat ödənişlə 21,1 min manat, tibbi sığorta üzrə 221,827 min manat ödənişlə 470,319 min manat, xaricə gedən vətəndaşların sığortası üzrə 5,317 min manat ödənişlə 38,048 min manat təşkil edib.

Non-Life-sığortanın əsas hissəsi 1,349 milyon manat sığorta haqqı və 287,318 min manat ödənişlə əmlak sığortasının payına düşür. Vətəndaş məsuliyyətinin sığortasının payına sıfır ödənişlə 225,116 min manat düşüb.

Sığortanın icbari növləri strukturunda yanğından sığorta üzrə haqlar 31,19 min manat ödənişlə 504,714 min manat, nəqliyyat vasitələri sahiblərinin vətəndaş məsuliyyəti sığortası 5 680 manat ödənişlə 8802 manat, sərnişinlərin sığortası sıfır ödənişlə 1071 manat, ekoloji sığorta sıfır ödənişlə 1144 manat olub.

Bü müddət ərzində sığortanın icbari növləri üzrə sığorta haqlarının ümumi həcmi 5,711 min manat ödənişlə 515,731 min manat təşkil edib.

Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri olan "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir.

Aprelin 25-nə olan rəsmi məzənnə 0,7915 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti