...

Azərbaycanda texniki rezin istehsalçısının səhmlərinin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2011 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir A.Axundov/

Əmlak Məsələləri Dövlət Komitəsi texniki rezin istehsalçısı "Mingachevir Texniki Rezin" Səhmdar Cəmiyyətinin səhmlərinin 98,94 faizinin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib. Bu barədə şənbə günü Trend-ə komitədən məlumat verilib.

Müəssisə artıq ötən ilin yayında özəlləşdirilməyə çıxarılıb.

Müəssisənin satışa çıxarılan səhmlərinin 85 faizi investisiya müsabiqəsi üçün standart paketin, 13,94 faiz isə əmək kollektivinə səhmləriun güzəştli satışından sonra qalıb.
Müsabiqədə yerli fiziki və hüquqi şəxslər və xarici investorlar iştirak edə bilərlər.

İddiaçılar yeni texnologiyaların tətbiqi, məhsul çeşidinin genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və bərpası üzrə təkliflərdən ibarət investisiya proqramını, eləcə də investisiya layihəsinin dəyərinin 5 faizi məbləğində bank zəmanətini təqdim etməlidirlər. İddiaçılar həmçinin 240 min manat məbləğində vəsaitin dövlət büdcəsinə köçürülməsi haqqında təklifi təqdim etməlidirlər.

Müsabiqədə iştirak etmək istəyənlər yüksəkkeyfiyyətli texniki rezin istehsalı məqsədilə yeni texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidlərinin artırılmasını, yeni iş yerlərinin açılmasını və əməkdaşların sosial təminatı üzrə təklifləri nəzərdə tutan investisiya proqramı təqdim etməli, eləcə də investisiya təkliflərinin beş faizi üzrə bank zəmanəti təqdim etməlidirlər. İddiaçılar dövlət büdcəsinə 150 min manat köçürülməsinə dair təklif təqdim etməlidirlər.

"Mingəçevir Texniki Rezin" SC texniki rezin istehsalı və satışı ilə məşğul olur. Müəssisə Mingəçevir şəhərində yerləşir.

SC-nin nizamnamə kapitalı 972,214 min manat təşkil edir və bu məbləğə hər birinin nominal dəyəri iki manat olan 486107 səhm buraxılıb. Müsabiqənin mövzusu ümumi nominal dəyəri 961,914 min manat olan 480957 səhmdir.

2011-ci il iyunun 1-nə olan məlumata görə, müəssisənin 995,375 min manat məbləğində borcu var, o cümlədən 32,254 min manat əməkhaqqı, 440,101 min manat xammal, işlər və xidmətlər üzrə borc təşkil edir. Müəssisənin debitor borcları 1,487 manatdır. Müəssisə 1971-ci ildən fəaliyyət göstərir.

İddiaçılar müsabiqənin tələbləri, özəlləşdirmə planı ilə tanış ola və 2 avqust saat 10:00-dan 17:30-dək Bakı şəhəri, Ü.Səfərov küçəsi, 20 ünvanında əlavə məlumat ala bilərlər. Sənədlər və təkliflər 2 avqust saat 10:00-dan 17:30-dək qəbul olunur.
Təkliflərə 4 avqust saat 15:00-dan komitənin binasında Müsabiqə Komissiyası tərəfindən baxılacaq.

İyulun 2-nə olan rəsmi məzənnə 0,7867 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti