...

Almaniya 2011-ci ildə Azərbaycanla birgə xarici ticarət palatasının yaradılması üzrə işlərin başa çatacağına ümid edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2011 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir A.Axundov/

Almaniya 2011-ci ildə Azərbaycanla birgə xarici ticarət palatasının yaradılması üzrə işlərin başa çatacağına ümid edir. Bu barədə Trend-ə çərşənbə axşamı Almaniyanın Federal İqtisadiyyat və Texnologiya Nazirliyinin nümayəndəsi Margit Şteffel deyib.

"Hazırda palatanın yaradılması üzrə iş gedir. Biz onun bu il yaradılacağına ümid edirik, lakin çatdıracağıq, ya yox, demək çətindir", - Şteffel bildirib.

Onun sözlərinə görə, xarici ticarət palatasının yaradılması iki ölkə arasında mal dövriyyəsinin artırılmasına şərait yaradacaq.

"Palata ona daxil olan şirkətlərə Almaniya və Azərbaycan şirkətlərinin bir-biri ilə ticarət etməyə maraqlarını artırmaq üçün şərait yaradacaq", - Şteffel deyib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar-mayında Almaniya ilə mal dövriyyəsi 277,604 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 66,61 faiz çoxdur.

İndiyədək Almaniya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 200 milyon dollardan artıq sərmayə qoyulub.

Xəbər lenti

Xəbər lenti