...

"Gürcüstan Dəmir Yolları" xüsusi iş rejiminə keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2011 17:38 (UTC +04:00)
İyulun 11-dən yay mövsümü ilə əlaqədar "Gürcüstan Dəmir Yolları" (GDY) xüsusi iş rejiminə keçir.
"Gürcüstan Dəmir Yolları" xüsusi iş rejiminə keçir

Gürcüstan, Tbilisi, 7 iyul /Trend, müxbir N.Kirsxaliya/

İyulun 11-dən yay mövsümü ilə əlaqədar "Gürcüstan Dəmir Yolları" (GDY) xüsusi iş rejiminə keçir. İyulun 1-dən fərdi bron sistemi ləğv edilir və bütün biletlər sərbəst satışa buraxılır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı GDY Sərnişindaşıma Departamenti direktorunun müavini Xariton Şalamberidze məlumat verib.

Arzu edənlər biletləri 40 gün ərzində və həm Tbilisidən Batumiyə, həm də əks istiqamətdə əldə edə biləcəklər.

Şalamberidzenin sözlərinə görə, indiyədək fərdi bron sistemi mövcud idi ki, bu da süni qıtlıq yaradırdı və sərnişinlər əlavə xərc çəkməli olurdular.

O qeyd edib ki, sərnişin istədiyi halda birdəfəlik yataq dəsti də ala bilər ki, bunun üçün 5 larilik biletin qiymətindən yuxarı əlavə məbləğ ödəməlidir. Şalamberidzenin sözlərinə görə, iyulun 11-də Batumi-Tbilisi reysləri dörd qatarla yerinə yetiriləcək - reyslərdən biri səhər, biri günorta, digər ikisi isə gecə reysi olacaq.

Reyslər gündəlik həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti