...

Aİ Avropa Qonşuluğu ölkələrinə nəqliyyat əlaqələrinin inkişafı üzrə yeni planını təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2011 18:50 (UTC +04:00)
Avropa Komissiyası cümə axşamı Avropa Qonşuluğu ölkələri ilə nəqliyyat əlaqələrinin inkişafı və möhkəmləndirilməsi üzrə yeni planını dərc edib.
Aİ Avropa Qonşuluğu ölkələrinə nəqliyyat əlaqələrinin inkişafı üzrə yeni planını təklif edir

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Y.Ostapenko/

Avropa Komissiyası cümə axşamı Avropa Qonşuluğu ölkələri ilə nəqliyyat əlaqələrinin inkişafı və möhkəmləndirilməsi üzrə yeni planını dərc edib. Trend-in məlumatına görə, bu barədə Aİ-nin məlumatında deyilir.

Plan Aİ ilə Avropa Qonşuluğu ölkələri arasında daha rahat, təhlükəsiz və etibarlı nəqliyyat əlaqəsinə nail olmaq üçün qısamüddətli və uzunmüddətli perspektivdə 20-dən artıq konkret ölçü təklif edir. Eləcə də plan Aİ və qonşu ölkələrin bazarlarının inteqrasiyasının dərinləşməsini də nəzərdə tutur.

İnkişaf planı AK-nın nəqliyyat məsələləri üzrə vitse-prezidenti Siim Kallas və Avropa Qonşuluq Siyasəti (AQS) və genişləndirmə məsələləri üzrə Avropa komissarı Ştefan Füle tərəfindən təqdim olunub.

"Avropada yerdəyişmə sərbəstliyi öz-özlüyündə başa düşülən anlayışdır, lakin o, Aİ-nin sərhədində başa çatmamalıdır. Əgər biz öz qonşularımızla münasibətlərə ciddi yanaşırıqsa, malların və insanların sərhəddən bürokratiya və maneələri dəf edərək axını üçün zəruri olan infrastrukturu təmin etməliyik", - Kallas deyib.

"Mayın 25-də təklif olunan yeni və iddialı AQS bizim Şərq və Cənubdakı qonşularımızla iqtisadi inteqrasiyanın dərinləşməsini nəzərdə tutur. Yeni inkişaf planı həm Avropada, həm də AQS ölkələrindəki vətəndaşların və şirkətlərin xeyrinə konkret tədbirlərin həyata keçirilməsini təklif edir", - avropalı komissar Füle deyib.

Aİ və AQS regionunun nəqliyyat sistemlərinin birləşdirilməsi üçün əsas tədbirlər bunlardır:

- Aİ-nin daxili aviasiya bazarının və qonşu regionlar üzrə vahid Avropa məkanının genişləndirilməsi;

- Transavropa nəqliyyat şəbəkəsinin prioritet nəqliyyat layihələri çərçivəsində qonşu ölkələrin infrastrukturu ilə birləşdirilməsi;

- dəmiryolla yükdaşımaları potensialından bazarların açılması və texniki maneələrin zəiflədilməsi hesabına daha effektiv istifadə edilməsi;

- "Şərq tərəfdaşlığı" nəqliyyat panelinin tətbiqi hesabına regionla nəqliyyat əməkdaşlığının bərabər həyata keçirilməsi;

- AQS ölkələri ilə dəniz nəqliyyatının effektivliyinin artırılması;

- AQS ölkələrinə yol hərəkətinin təhlükəsizliyinin artırılmasında kömək.

2013-cü ilədək nəqliyyat əlaqəsinin inkişaf planı prioritet layihələrin effektiv bölgüsü zamanı əldə olan resursların hesabına maliyyələşdiriləcək. AK 2020-ci ilədək özünün sonuncu büdcə planında Aİ-ni qonşuları ilə bağlayan strateji infrastruktur layihələrin maliyyələşdirilməsinə daha çevik yanaşmağı təklif edir.

Xəbər lenti

Xəbər lenti