...

DəmirBank pulköçürmə üzrə aksiyanın müddətini uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2011 12:51 (UTC +04:00)
DəmirBank təcili pulköçürmə xidmətləri üzrə "Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə" kampaniyasının müddətini ilin sonunadək uzadıb.
DəmirBank pulköçürmə üzrə aksiyanın müddətini uzadıb

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Azərbaycan bankı DəmirBank təcili pulköçürmə xidmətləri üzrə "Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə" kampaniyasının müddətini ilin sonunadək uzadıb.

Bankdan Trend-ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən bankın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN/USD/EUR və ya 60000 RUR olduqda müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

"DəmirBank pulköçürmə xidmətləri üzrə müxtəlif kampaniyalar həyata keçirir. "Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə" kampaniyası, köçürmə müştəriləri arasında uduş kampaniyası və sair aksiyalar. Pul köçürmələri üzrə uduş kampaniyası çərçivəsində DəmirBank-ın 48 müştərisi müxtəlif məbləğlərdə pul vəsaitləri qazanıb, növbəti 3 ayda isə daha 48 qalib müəyyən olunacaq. Bu kampaniyalar müştəri məmnunluğunun yüksəldilməsinə xidmət edir", - bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

DəmirBank əhaliyə 200-dək ölkə üzrə pulköçürmə xidmətlərini təklif edir. Bank Western Union, Bıstraya Poçta, Contact, Zolotaya Korona, Coinstar, Blizko, PrivatMoney sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. DəmirBank özünün Şimşək sistemi ilə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri də göstərir.

DəmirBank-ın istənilən filialında ən azı 300 AZN/USD/EUR və ya 9000 RUR məbləğində pul vəsaiti köçürən və ya alan müştərilər uduş kampaniyasında avtomatik iştirak edir. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 şansa bərabərdir. Hər ay 1 nəfər 1000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat qazanır.

İyulun 8-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti