...

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7 milyard ABŞ dolları həcmindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2011 14:24 (UTC +04:00)
Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2011-ci ilin yarım ili ərzində 539,8 mln. ABŞ dolları (8,4%) artaraq, rübün sonuna 6 947,5 mln. ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7 milyard ABŞ dolları həcmindədir

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2011-ci ilin yarım ili ərzində 539,8 mln. ABŞ dolları (8,4%) artaraq, rübün sonuna 6 947,5 mln. ABŞ dolları təşkil edib. Trend-in məlumatına görə, bu barədə AMB-nin çərşənbə günü yaydığı məlumatında deyilir.

Mərkəzi Bankın proqnozlarına görə, ilin sonuna valyuta ehtiyatlarının həcmi səkkiz milyard dolları ötəcək.

2011-ci ilin birinci rübünün yekunları üzrə AMB-nin valyuta ehtiyatları 310,8 milyon dollar, yaxud 4,9 faiz artaraq 6718,4 milyon dollar təşkil edib. 2010-cu ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 6407,6 milyon dollar olub.

Xəbər lenti

Xəbər lenti